İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax spikerdən Rusiya səfirinin təhdidinə CAVAB

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkinin Qazaxıstanda millətçi ab-havanın artdığı barədə açıqlamalarına Milli Məclisin sədri Yerlan Koşanov tərəfindən cavab gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Tengrinews.kz” saytı məlumat yayıb.

Məclis sədrinin fikrincə, Borodavkin bəzi siyasətçilərin təbliğat xarakterli bəyanatlarına qoşulmamalıdır. Onun sözlərinə görə, diplomatın çıxışındakı bəzi məqamlar onun statusuna uyğun gəlmir:

“Mən cənab Borodavkinin müsahibəsini diqqətlə oxudum. Onun müsahibəsinin bəzi məqamları həqiqətən də statusuna uyğun gəlmir və xeyrinə işləmir. Cənab Borodavkin çox təcrübəli diplomat olsa da, biz onu çoxdan tanıyırıq. Onu təbliğatçılara, politoloqlara bənzətmək olmaz. İkincisi, ksenofobiya Rusiyada da var”.

Qeyd edək ki, bundan əvvəl Borodavkin “Sputnik” saytına müsahibəsində Qazaxıstanda radikal millətçilik meyllərinin getdikcə daha çox özünü büruzə verməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, internet radikal millətçilərin qəbuledilməz tələblər və rusofob şüarlar səsləndirdiyi videolarla doludur. Səfir seçkilərdə qalib gəldikdən sonra prezident Kasım-Jomart Tokayevin hər cür ekstremist millətçi çıxışların qarşısını almaq üçün sərt tədbirlər görüləcəyinə əminliyini ifadə edib. Rusiyalı diplomatın “bizdən bu barədə soruşsalar, kömək edərik” sözləri isə xüsusi diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR