İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayday AÇIQLADI: "İşğalçılar qaçır, yollarda 12 km-lik növbə yaranıb"

"Rus hərbçiləri və onlarla əlbir olanlar Luqanska və Rusiyaya doğru qaçırlar. Luqansk stansiyasındakı keçid məntəqəsində 12 kilometr uzunluğunda növbə yaranıb".

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Luqansk vilayətinin qubernatoru Sergey Qayday yazıb.

"Biz magistral yollarda sıradan çıxan çoxlu texnikanı müşahidə edirik. Onlar çox güman ki, İzyum istiqamətindən harasa çəkilirlər. Partizan hərəkatı daha da aktivləşib, çünki həm Kremennaya, həm də Starobelsk rayonunda inzibati binaların üzərində Ukrayna bayraqları qaldırılıb. Bu o deməkdir ki, ya işğalçılar gedib, ya da onlarla əməkdaşlıq edənlər qorxuya düşüblər" - deyə qubernator qeyd edib.

Qaydayın sözlərinə görə, Ukrayna silahlı qüvvələri İzyum və Limanı geri almaq, daha sonra isə Luqansk vilayətinin işğaldan azad edilməsi uğrunda əməliyyat aparır.

Xatırladaq ki, Sergey Qayday daha öncə Ukrayna hərbçilərinin artıq Lisiçanskın kənarında olduğunu bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR