İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarlı havada Bakı məktəblərində vəziyyət necədir?- RƏSMİ CAVAB

"Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib.

Onun sözlərinə görə, məktəblərdə müvafiq elektron sistem vasitəsilə davamiyyət və istilik təchizatı ilə bağlı real vəziyyətin monitorinqi aparılıb:

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Məktəblərin istiliklə təminatının normal saxlanması məqsədilə müvafiq qurumlarla əlaqələr gücləndirilib. İstilik təminatı ilə bağlı hər hansı məsələ yaranarsa, aidiyyəti qurumlarla birgə operativ müdaxilə ediləcək və lazımi dəstək göstəriləcək. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR