İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarda yıxılaraq travma alan 54 nəfər KTM-ə gətirilib  


“Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb”.

Musavat.com xəbər verir ki, bunu KTM-nin mətbaut kaitib Elnur Hidayətoğlu bildirib. O qeyd edib ki, son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə gətirilib: “Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.

E.Hidayətoğlu həmçinin bildirib ki, bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub: “Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir”.

Hər iki halda Mərkəzə müraciət edən şəxslərin qəbulu və müayinəsi ilə bağlı hər hansı bir problem yaşanmayıb.
Qarlı hava şəraitini nəzərə alaraq sürücüləri və piyadaları daha diqqətli olmağa çağırırıq. Unutmayaq ki, baş verə biləcək hadisədən heç kim sığortalanmayıb”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR