İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı SENSASİON İDDİA: Rusiya və ABŞ razılığa gəldi - FOTOLAR

“The Time” qəzetində SIMON MAGHAKYAN adlı müəllif “The U.S. and Russia Need to Cooperate to End This Conflict” (ABŞ və Rusiya bu münaqişəyə (Qarabağ) son qoymaq üçün əməkdaşlıq etməlidir) adlı məqaləsində yazır ki, ümidverici xəbər ondan ibarətdir ki, Rusiya və Amerika artıq bir şeydə razılaşıblar - Qarabağdakı 2500 illik erməni varlığı davam etməlidir...

https://time.com/6312232/us-russia-cooperation-nagorno-karabakh/?fbclid=IwAR0wruD5SP8uSRVMgytJk4bvMrbsDGa7IdiyI9RMOMBYjjkuIAPMUq2r-RI

2500 il! Ermənilərə nə var ki, 5 min il də yaza bilərdilər...

Fakt isə budur ki, 1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması “Türkmənçay” müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “MARAĞA 150” abidəsi ucaltmışdı.

YALAN.jpeg (253 KB)

Sonradan özləri bu abidəni dağıtdılar. Çünki Azərbaycan torpaqlarını işğal etmək istəyinə bu abidə mane olmağa başladı. Ermənilərin Qarabağa köçünün 150 illiyi ilə bağlı buraxılmış medal da var. Onun da fotosunu təqdim edirəm.

MEDAL.jpeg (79 KB)

SIMON MAGHAKYAN təkid edir ki, prezident Co Bayden 120 min insanı boğan Azərbaycanın zülmünə-tiranlığına sanksiya tətbiq etmək vədinə əməl etməyəcəksə, o zaman təklənmiş Rusiya ilə əməkdaşlıq etməlidir...

ABŞ-ın Qarabağdakı fəaliyyətsizliyi Rusiyanı cəzalandırmayacaq, əksinə, Rusiyanı məcbur edəcək ki, “erməni soyqırımı”na yaşıl işıq yandırsın...

Gördüyünüz kimi, Qərbin ərköyün uşağına dönmüş ermənilər Qərb mətbuatında ağıllarına gələni yazırlar. “The Time” qəzetinə SIMON MAGHAKYAN-ın iddialarını darmadağın edən bir yazı göndərsən, min bir bəhanə ilə yazını verməkdən imtina edəcəklər. Bu da sizin üçün Qərbin ikili standartlarına bariz bir nümunəsi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR