Onlayn ictimai-siyasi qəzet
Qarabağdan köçən ermənilər bu gün, noyabrın 6-da Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirərək pensiyalarını tələb ediblər.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Etirazçıların sözlərinə görə, aksiyanı iki qrup insan keçirir: qocalıq pensiyaçılar və hərbi təqaüdçülər.
Hərbi təqaüdçülərə gəlincə, “belə çıxır ki, o vaxt bizə lazım idi, indi isə yox? 20 ildən çox olan tərcümeyi-halımız silinir”, - deyə etirazçılardan biri narazılığını bildirib.
Daha sonra aksiya iştirakçılarını əmək və sosial məsələlər naziri Narek Mkrtçanı qarşılayıb.
“Hazırda hökumət bu məsələni müzakirə edir. Mən qayıdıb suallara cavab verəcəyəm”- deyə nazir bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ