İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı təxribatda Rusiya izi: hərbi analitikdən sensasion detallar - CANLI 


Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərində son aylar ərzində kifayət qədər böyük qanun pozuntularına yol veriblər. Həm Qarabağ ərazisinə sülhməramlılar tərəfindən qanunsuz silah daşınması, yəni Laçın rayonunda Azərbaycana məxsus infrastrukturun rus sülhməramlıları tərəfindən sökülüb daşınması, həm Xocalı ərazisində erməni silahlılarının Azərbaycan mövqelərinə qarşı istehkam qurğuları hazırlanması, həm də erməni silahlılarının rusların nəzarətində olan ərazilərdən daha əvvəl əsgərimizə qumbara atması və başqa qanun pozuntuları onu göstərir ki, Rusiya sülhməramlıları öz funksional vəzifələrini artıq yerinə yetirmək durumunda deyil.
Bəs, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması nədən xəbər verir və aciz durumda olan ermənilər hansı hesablar apararaq Azərbaycanın yeni antiterror əməliyyatına vadar edəcək addımlar atırlar?
TVMusavat-ın saat 16:15-də canlı yayınında cəbhədə baş verən son hadisələri hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edirik.
Müzakirədə tamaçaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR