İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı “generallar” Ermənistana qaçır – QIRĞIN BAŞLADI – Tural Abbaslı ilə CANLIda

Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək, Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danışıb.

O, bu barədə Feysbuk səhifəsində yazıb. “Müharibədən 3 il keçir. Qarabağdakı xainlər - Araikin “məmurları”, “generalları” həbsxanadan Ermənistana qaçır və burada cəzasız olaraq dolaşır. Niyə biz hər kəsə Qarabağdan Ermənistana gəlməyə icazə veririk? Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Xankəndi merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir? Onlar iş yerində deyil, Ermənistanda kef edirlər. Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər? İnsanlar cinayət məsuliyyətinə cəlb olunurlar, qətllərdə ittiham olunurlar, amma yenə də sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilərlər?” - bloger bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR