İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağdakı ermənilər seçkilərdə səs verəcək" - Məzahir Pənahov

Azad edilmiş ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları parlament seçkilərində iştirak edə bilərlər.

Musavat.com bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Pənahov açıqlayıb.

O bildirib ki, Xankəndi şəhərində də seçki məntəqəsi yaradılıb:

“Biz heç bir fərq qoymuruq ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımız seçkilərdə iştirak edə bilərlər. Milli Məclisə ilk seçkilərdir ki, biz bunu Qələbə seçkiləri də adlandıra bilərik. İşğaldan azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi yaradılıb və biz əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR