İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Kosovanın Daxili İşlər Nazirliyi casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamovanı ölkədən qovub.

“Report” xəbər verir ki, bu barədə daxili işlər naziri Celal Şveçliya feysbuk hesabında yazıb.

"Daxili işlər naziri kimi, qanuni səlahiyyətlərim çərçivəsində Darya Aslamovanı Kosova Respublikasında arzuolunmaz şəxs elan etmişəm. Onun Kosova ərazisinə girişi 5 il müddətinə qadağandır.

Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan və ya sabitliyi pozmağa cəhd edən hər kəs, şübhəsiz ki, Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, - nazir vurğulayıb.

Qeyd edək ki, Aslamova iki gün əvvəl casusluq etdiyi üçün saxlanılıb. O, Rusiyanın “Komsomolskaya Pravda” qəzetində çalışır.

Kosova tərəfi bildirib ki, Aslamova Rusiya kəşfiyyatına işləyir. Jurnalist Serbiya ilə münaqişənin kəskinləşməsindən bir həftə sonra Kosovaya daxil olmağa cəhd edib.

Xatırladaq ki, D.Aslamova ikinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistana açıq dəstək verib. O, döyüşlər zamanı erməni hərbçilərin Azərbaycan ərazisini tərk etmədiklərini sübuta yetirmək üçün işğal altında olan ərazilərə səfər edib, reportajlar hazırlayıb. D.Aslamova jurnalist bitərəfliyini pozaraq ermənilərə dəstək məqsədilə onlarla xatirə fotoları da çəkdirib. O, müharibənin sonuna yaxın Qarabağdan qaçıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR