İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda döyüşən separatçılar: “Ermənistanda çoxsaylı sosial problemlərlə üzləşirik”

“Biz çoxsaylı çətinliklərlə, sosial problemlərlə - mənzil kirayələmək, iş tapmaq, uşaqları oxutmaq kimi problemlərlə üzləşmişik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 6-da, Ermənistan Əmək və sosial məsələlər nazirliyinin binası qarşısında pensiyaların ödənilməsi tələbi ilə keçirilən aksiyada Qarabağ separatçılarının tərəfində vuruşan terrorçulardan biri  deyib.

Onun sözlərinə görə “müdafiə ordusu” adı verilən terror qruplaşması əsas hücum istiqamətində, ən təhlükəli bölgədə olduğunu deyib. Lakin həmin “orduda” xidmət edən “zabitlərə” biganə yanaşıldığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR