İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı- Fotolar

ABŞ Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl işdən çıxarılacaqları ilə bağlı xəbərdarlıq edilmiş əməkdaşlar üçün iyulun 11-i son iş günü olub.

Əşyalarını toplayaraq departament binasını tərk edən əməkdaşları digər iş yoldaşları kompleksin qarşısında alqışlayaraq yola salıblar.

Qeyd edək ki, bu ilin mayında ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin heyətinin sayının şişirildiyini və bürokratiya tərəfindən boğulduğunu demişdi. Kütləvi ixtisarların da ABŞ-nin xarici siyasətdəki həyata keçirdiyi yenidənqurmanın tərkib hissəsi olduğu bildirilir.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR