İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" şok itkilər: İki əsas oyunçu "Dinamo" ilə matçları buraxacaq

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın "Dinamo" komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

Bu barədə "Report"a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Bolqarıstanda "Ludoqorets"ə qarşı III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) "köhlən atlar" səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR