İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" qızıl medal və çempionluq kubokuna qovuşdu - VİDEO

Azərbaycan Premyer Liqasında XXXV turun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, təntənəli tədbirdə "Qarabağ" qızıl medal və çempionluq kubokuna qovuşub.

Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövşən Nəcəf qatılmayıb. Əvəzində icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov və "Qarabağ"ın prezidenti Tahir Gözəl podiuma dəvət olunub.

Əvvəlcə klubun inzibati-texniki heyəti təltif olunub. Daha sonra futbolçular medallarını almağa çıxıblar.

Sonda kapitan Bədavi Hüseynova çempionluq kuboku təqdim olunub və bu, "Azersun Arena"da atəşfəşanlıqla qeyd olunub.

Futbolçular və klub rəhbərliyi çempionluq kubokunu aldıqdan sonra tribunalardakı azarkeşlərə doğru gedərək, onlarla bölüşüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR