İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazisi Prezidenti TƏBRİK etdi 

Şuşa qazisi, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli, cənab Prezident!

Sizi Azərbaycanda əldə olunmuş nailiyyətlər, xüsusilə dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə tarixdə öz imzasını qoymuş Azərbaycan lideri olaraq xalqımızın böyük etimadı ilə yenidən dövlət başçısı seçilməyiniz münasibətilə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İB-nin komandası adından ürəkdən təbrik edirəm.

İlk dəfə olaraq bütün ölkə ərazisində keçirilməklə tarixə düşmüş bu ilki Prezident seçkilərində Azərbaycan xalqı bir daha sizə güvəndiyini, gələcəyimizi Müzəffər Liderə etibar etdiyini, dövlətimizin etibarlı əllərdə olduğunu bir daha nümayiş etdirdi. Fəaliyyətiniz müddətində Azərbaycanda Şəhid ailələrinin, qazilərimizə göstərdiyiniz diqqət, qayğı əvəzolunmazdır. Arzu edirəm ki, dövlətimizin həm daxili, həm də xarici siyasətində əldə etdiyiniz zəfərlər daimi və davamlı olacaq!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR