İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ müharibəsindəki dəstəyinə görə Türkiyə mediasının nümayəndələrinə medal təqdim olunub - FOTO

İstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü ve “Şuşa ili”nə həsr olunan tədbir keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medaları təqdim edilib.

Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı baş konsulu Zaur Allahverdizadə Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərə imza atdığını xatırladıb.

Bildirilib ki, bunun nəticəsində Azərbaycanın tarixi torpaqları azad edildi və bu torpaqlarda yenidən üçrəngli şanlı bayrağımız dalğalandı. Vətən müharibəsi dövründə Azərbaycan təkcə döyüş meydanında deyil, həm də erməni yalanlarına qarşı mediada mübarizə apardı. Türkiyə dövləti və xalqı kimi, mediası da bu dövr ərzində daima Azərbaycanın yanında oldu.

Tədbirdə çıxış edən İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direkrotu Şərqiyə Məmmədova və İSBAM-ın sədri Samir Adıgözəlli torpaqlarımızın 30 il davam edən işğalı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində qazanılan şanlı Zəfərimiz barədə danışıblar.

Medalla Türkiyənin “Anadolu Agentliyi“, “TRT Haber”, “Haber Global”, “ATV”, “DHA”, “NTV“, “CNN Türk”, “A Haber”, “Habertürk”, “TRT”, “TV100”, “Süperhaber TV”, “Bengü Türk”, “Al Araby Tv” kanalları və “Sabah” ilə “Hürriyət” qəzetlərinin əməkdaşları təltif olunublar.

Mükafatçılardan “TV100” telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov adına aldığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR