İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.

"Report" "Sportdog.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin sahibi Evangelos Marinakis İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayokonu komandada görmək istəyir.

Fransalı oyunçu hazırda icarə əsasında İtaliyanın "Milan" komandasında çıxış edir.

Qeyd edək ki, "Olimpiakos" daha əvvəl "Real Madrid"in sabiq futbolçusu Marselonu transfer edib. "Qarabağ" bu komandaya qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR