İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın legioneri əməliyyat olunacaq

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kolumbiyalı müdafiəçinin zədəsi ciddidir.

MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Bakıda Sürix şəhərinin eyniadlı təmsilçisini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR