İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu buraxacaq

"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Musavat.com Report-a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR