İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın futbolçusu Rusiya millisində

“Qarabağ”ın daha bir əcnəbi futbolçusu milli komandaya çağırılıb. “Qafqazinfo” xəbər verir ki, bu dəfə qapıçı Andrey Lunyov Rusiya yığmasına dəvət alıb.

Şimal qonşularımızın baş məşqçi Valeri Karpin 29 nəfərlik ilkin heyətdə ona da yer verib. 32 yaşlı qolkiper yığmasının təlim-məşq toplanışına qatılacaq. Toplanışın ardından Karpin Kuba ilə keçiriləcək yoldaşlıq görüşünün yekun heyətini müəyyənləşdirəcək.

Qeyd edək ki, Rusiya - Kuba matçı noyabrın 20-də Volqoqradda keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR