İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qol vurub qələbə qazanmağa çalışdıq. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, bir xal da pis nəticə deyil".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

25 yaşlı müdafiəçi kifayət qədər güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib: "Bu komandanı ötən tur səfərdə 3:0 hesabı ilə məğlub etsək də, potensialına bələd idik. Müdafiədən oynayacaqlarını bilirdik".

Mustafazadə rəqibin geniş heyətə malik olduğunu söyləyib: "Hər matçdan öncə qarşılaşacağımız komandanın bütün oyunçularını analiz edirik. "Olimpiakos"un bu cür oynaması bizim üçün sürpriz olmadı. Rəqibi tanıyırdıq. Buna uyğun mübarizə apardıq".

"Qarabağ"ın müdafiə xəttindəki rəqabətə də toxunan futbolçu bunun komanda üçün faydalı olduğunu vurğulayıb: "Baş məşqçimiz hər şeyi bilir. Kim uyğundursa, o da oynayacaq. Rəqabətli ortamda həm biz, həm də komanda inkişaf edəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR