İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın azarkeşləri sevindirəcəyinə inanıram" - Nazir

"Qarabağ"ın qrup mərhələsində də azarkeşləri sevindirəcəyinə inanıram".

AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.

"Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandaya uğurlar arzulayıram" - deyə, o bildirib.

Qeyd edək ki, "Qarabağ" G qrupunda Almaniyanın "Frayburq", Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" klubları ilə mübarizə aparacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR