İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın Avropa Liqası oyunları bu tarixlərdə baş tutacaq

"Qarabağ"ın Avropa Liqasının yeni formatda keçiriləcək liqa mərhələsindəki oyunlarının keçiriləcəyi tarix bəllidir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın rəqibləri bu gün saat 15:00-da atılacaq püşkdə müəyyənləşəcək.

Liqa mərhələsində 36 komanda hərəyə 8 oyuna (4 ev, 4 səfər) çıxacaq. Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

2024-cü il

I tur: 25-26 sentyabr

II tur: 3 oktyabr

III tur: 24 oktyabr

IV tur: 7 noyabr

V tur: 28 noyabr

VI tur: 12 dekabr

2025-ci il

VII tur: 23 yanvar

VIII tur: 30 yanvar

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblər – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

 

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR