İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi 

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib. G qrupunda yer alan Qurban Qurbanovun komandası "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la (Fransa) mübarizə aparacaq. "Qarabağ" rəsmi matçlarda ilk dəfə bu klublarla üz-üzə gələcək.

G qrupu

1. "Olimpiakos" (Yunanıstan)

2. "Qarabağ" (Azərbaycan)

3. "Frayburq" (Almaniya)

4. "Nant" (Fransa)

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək:

1-ci tur: 8 sentyabr

2-ci tur: 15 sentyabr

3-cü tur: 6 oktyabr

4-cü tur: 13 oktyabr

5-ci tur: 27 oktyabr

6-cı tur: 3 noyabr

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq.

Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (1/16 final) oynayacaq. Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq. Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) davam etdirəcək. Rəqib KL-də öz qrupunda ikinci yeri tutan 8 komandadan biri olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR