İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ ermənilərinə qarşı atdıqları addımlar daxili revanşizm göstəricisidir”- ŞƏRH   

 

Alen Simonyanın dünən Qarabağ türk toponimidir və bölgənin adının artsax deyil, məhz Qarabağ adlandırılması siyasi cəhətdən etikdir bəyanatı və əlavə olaraq Qarabağ ermənilərinə “siz əlinizdə olan silahla vuruşa bilərdiniz, amma siz qaçdınız” cavabı Ermənistan daxilində iki toplum arasında ziddiyyətlərin artıq siyasi arenaya çıxmasının göstəricisidir.

Məlumdur ki, Qarabağ erməniləri ilə bugünkü Ermənistan erməniləri arasında cəmiyyət səviyyəsində bir - birinə dözümsüzlük mövcuddur. Uzun müddət onlar Böyük Ermənistan naminə bu ziddiyyət və münaqişəni gizlətməyə və görməməyə çalışsalar da, onların milli fəlsəfi- ideoloji doktrinalarının 44 günlük müharibədən sonra ciddi şəkildə zədələnməsi şübhəsizdir.

Musavat.com xəbər verir ki, bu fikirləri “Bakı Politoloqlar Klubu”nun rəhbəri Zaur Məmmədov bildirib.

“Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları “türk motor” (türk mühərriki), “Türkatsats hayi” (ermənilərin türk hibridi) və ya sadəcə olaraq “paxstakan” (gəlmə) adlandırmış və bu sözə təhqiramiz məna vermişlər.  Hələ də “şurtvata” sözünü işlədirlər.  Bəs bu söz nə deməkdir?!  Xəyanətkar, fırıldaqçı, əclaf.  “Qarabağ eşşəyi” deyilən başqa bir təhqir forması da  var.

Bunu biz Ermənistan küçələrində də sezə bilərik.  İrəvan və başqa şəhərlərdə  küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: “Hai es?”  “O Qarabağlılar?”  (Sən ermənisən?! Yoxsa... Qarabağlısan?!

Beləliklə, Alen Simonyan Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir.  Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq”,- deyə politoloq əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualını cavablandırarkən deyib ki, sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. Jurnalistin, “niyə “arsatx”ı Qarabağ adlandırırsız” sualını Simonyan bu cür cavablandırıb:

“Məgər siz “qarabağlılar” sözünü işlətmirsiz? Mən siyasətçiyəm və erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam. Mən siyasətçi etikasına riayət etməliyəm. Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm?”

Daha sonra Qarabağdan olan jurnalistə spiker bu sözləri deyib: “Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR