İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri yenə qazsız qaldı-səbəb

 
Aprelin 2-də yol tikintisi işləri zamanı Gorus-Qafamn-Kacaran qaz kəmərinin 13,5 kilometrlik hissəsi sıradan çıxıb.
 
Musavat.com bildirir ki, bu barədə “Qazprom Ermənistan” QSC-nin yaydığı məlumatda deyilir. Açıqlamada daha sonra bildirilir: “Saat 11:10-dan etibarən Sünik (Zəngəzur-M.) rayonunun Gorus və Qafan şəhərlərinə, Gorus və Qafan bölgəsindəki yaşayış məntəqələrinə, eləcə də  Qarabağa qaz verilişi qəzadan sonra təmir işlərinin aparılması üçün dayandırılıb. Qəza təmir işlərinin başa çatma vaxtı barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Qarabağ erməniləri işğal dövründə Ermənistandan qanunsuz çəkilmiş qaz kəməri hesabına müvəqqəti təmin olunur. Martın 8-də Şuşa yaxınlığında baş vermiş qəzanı “Azəriqaz” 29 martda aradan qaldırmışdı.
 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR