Onlayn ictimai-siyasi qəzet
Paşinyan adi qaydada Qarabağın qalan hissəsinin təslim olunmasını ört-basdır etməyə çalışır. Bunun üçün Qarabağ erməniləri "hər şeyi özləri məhv edib” tezisindən istifadə edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı, revanşist Tiqran Abramyan tərəfindən facebook səhifəsindəki statusunda yer alıb.
Abramyanın iddiasına görə, Nikol Paşinyan Qarabağ erməniləri içində küçələri ələ keçirməyə və öz maraqlarını qoruyan müxalifət yaratmağa çalışır.
O bildirib ki, Qarabağ erməniləri arasında “nikollaşma” prosesi gedir:
"Bu gün Qarabağ erməniləri arasında baş verənləri “nikollaşma” adlandırmaq olar, çünki onların tətbiq etməyə çalışdıqları oyun qaydaları Paşinyanın konsepsiyasına tamamilə uyğundur.
Yerli “hakimiyyət” (rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq qurum nəzərdə tutulur-red.) böhranın idarə edilməsi əvəzinə, Paşinyanın sifarişlərini yerinə yetirməklə məşğuldur. Bunun son məqsədi Ermənistan hakimiyyətinin bəyan etdiyi xəyanətkar yanaşmadır və “Qarabağ Azərbaycanın tərkib hissəsində də ola bilər” tezisini təsdiqləməkdir".
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ