İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Musavat.com AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilən ilk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR