Onlayn ictimai-siyasi qəzet
“Təklif alanda qətiyyən düşünmədim, gözübağlı “hə” dedim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao deyib.
25 yaşlı “sambaçı” 2020-ci ildən “Santa Klara”da oynayıb. Ötən ilin yayında Ağdam klubu ilə 4 illik müqavilə imzalayan braziliyalı legioner bura gəlişindən danışıb:
“Yaxından bələd olmadığım Azərbaycan adlı ölkənin komandası “Qarabağ”dan təklif alanda “hə” demək üçün tərəddüd etmişdim.
“Qarabağ”ın daim avrokubokların qrup mərhələsində çıxış etdiyini, onsuz da, bilirdim.
Çünki burada hər zaman Braziliya və Portuqaliyadan olan futbolçular oynayıb. Ona görə də ad olaraq tanıyırdım, müəyyən fikirlərə sahib idim.
Və bu gün bu qərarı verdiyimə görə sevinirəm. Azərbaycanın da adını eşitmişdim, sadəcə, ölkə olaraq çox məlumatlı deyildim, içimdə şübhələr var idi”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ