İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” “Çelsi”yə qarşı - TAM VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün 17-ci dəqiqəsində londonlular Estevan Villianın qolu ilə hesabı açıblar. Lakin “Qarabağ” azarkeşlərin dəstəyi ilə oyuna dönüş edib: 29-cu dəqiqədə Leandro Andrade fərqlənərək hesabı bərabərləşdirib, 39-cu dəqiqədə isə Marko Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirib – 2:1.

İkinci hissədə “Çelsi” məğlubiyyətdən xilas olub. 53-cü dəqiqədə Alexandro Qarnaço hədəfi dəqiq taparaq yekun nəticəni müəyyənləşdirib – 2:2.

Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” Liqa mərhələsindəki xal sayını 7-ə çatdırıb.

Qeyd edək ki, “Qarabağ” növbəti turda – noyabrın 25-də səfərdə İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşması gərgin mübarizə şəraitində davam edir.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda ilk qolu 17-ci dəqiqədə “Çelsi”nin futbolçusu Estevan Villian vurub.

Lakin “Qarabağ” tezliklə hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Leandro Andrade fərqlənib, 39-cu dəqiqədə isə Marko Yankoviç penaltidən dəqiq zərbə ilə Azərbaycan çempionunu önə çıxarıb – 2:1.

İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə “Çelsi”nin oyunçusu Alexandro Qarnaço hesabı yenidən bərabərləşdirib – 2:2.

Hazırda oyun davam edir, stadionda atmosfer son dərəcə gərgindir. Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Gişamer idarə edir. 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.

Musavat.com xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Matçın baş hakimi avstriyalı Sebastyan Gişamer olacaq. Ona həmvətənləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim Valter Altmann, VAR hakimi Manuel Şüttengruber, AVAR isə Josef Şpurnidir.

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Çelsi”: Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR