İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" bu transferə görün nə qədər XƏRCLƏDİ

“Qarabağ” son olaraq “Şaxtyor”da (Donetsk) çıxış edən Aleksey Kaşukun transferini açıqlayıb.

Müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Donetsk klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.

Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Kaşukun “Qarabağ”a hansı məbləğə başa gəlməsi haqda müxtəlif iddialar yayılıb.

“Köhlən atlar”ın adı son günlərə kimi Avropanın müxtəlif klubları ilə yanaşı hallanan ukraynalıya illik 800 min avro ödəyəcəyinə dair söyləntilər çoxdur.

Bu tip xəbərlər həqiqətlə uzlaşmır. Azərbaycan çempionu “Şaxtyor”un yetirməsinə göstərilən rəqəmin yarısından da az əməkhaqqı verəcək. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR