İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" bu göstəricidə 1-ci oldu

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında birinci pillədə qərarlaşıb.

Dünyada 48-ci, Avropada isə 31-ci yerdə gedən Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.

Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 82-ci pilləyə yüksəliblər.

Azərbaycanın reytinqdəki digər komandaları postsovet məkanındakı klubların sıralamasında ilk “10-luğ”a düşə bilməyiblər. Bu baxımdan böyük sıçrayışa nail olan “Zirə” 19-cu, “Neftçi” 20-ci, “Sabah” isə 22-cidir.

Postsovet məkanı klublarının ilk “10-luğ”u və Azərbaycan klubları:

1 (dünyada 48-ci). “Qarabağ” (Azərbaycan) – 183 xal

2 (82). “Şaxtyor” (Donetsk, Ukrayna) – 146,5

3 (221). “Şerif” (Moldova) – 84,75

4 (222). RFŞ (Latviya) – 84,5

5 (229). “Pünik” (Ermənistan) – 83

6 (252). “Riqa” (Latviya) – 78,5

7 (255). “Zarya” (Ukrayna) – 78

8 (265). “Dinamo” (Kiyev, Ukrayna) – 76,5

9 (275). “Dnepr-1” (Ukrayna) – 74,75

10 (288). “Ararat” (Ermənistan) – 72,75

…19 (384). “Zirə” (Azərbaycan) – 60,75

20 (398). “Neftçi” (Azərbaycan) – 59,25

21 (405). “Sabah” (Azərbaycan) – 58,25        (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR