Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Premyer Liqasında may ayının ən yaxşı qolu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin futbolçusu Qara Qarayevin qolu ən yaxşı seçilib. O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Allaşı qabaqlayıb.
Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib. Ayın ən yaxşı qoluna görə ona PFL tərəfindən 1000 manat mükafat verilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ