Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.
Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında baş verənlərdən gedir.
0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb. Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb. 18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahürat səsləndiriblər.
Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.
Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib. (offsideplus.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ