İnsanlara hürriyət, millətlərə istiqlal!

Qar səngidi, narazılıq bitmədi...

Sürüşkən yollarda daha çox qadınlar xəsarət alıb 

İki gündür respublika ərazisində qarlı hava şəraiti hökm sürür.  Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yanvarın 10-a olan məlumatına əsasən, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 sm-dək olub. Dumanlı hava şəraiti isə Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax və Lerikdə müşahidə olunub və görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2, Aran rayonlarında 2, Naxçıvan MR-da 8-13, dağlıq rayonlarda isə 18-23 dərəcə şaxta olub.

Qeyri-sabit hava şəraiti dövlət qurumları üçün əsl sınaq olur. Torpağı örtən ağ örpək nə qədər xoş mənzərə yaratsa da, özü ilə saysız-hesabsız problemlər gətirir: yolları buz bağlayır, qəzalar baş verir, xəsarət alanlar olur, dərsə və işə davamiyyət aşağı düşür və s. 

Musavat.com gün ərzində müxtəlif qurumlarla əlaqə saxlayıb, qarlı hava şəraiti ilə əlaqədar görülən işləri təftiş edib. 

Qar təmizləyən texnika hazır vəziyyətə gətirildi - FOTOLAR - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iki gün ərzində gücləndirilmiş iş rejimində çalışıb: “Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib. Gecə boyu və səhər saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub”.

AAYDA həmçinin, respublika ərazisindəki əsas avtomobil yollarının vəziyyəti haqqında da məlumat yayıb: ““Zəfər” yolunda yağıntı olmayıb, 7-8 dərəcə şaxta var. 

Toğanalı-Kəlbəcər-İstisu: Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunub. 

Bakı-Quba: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində qar yağıb. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta olub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta olub.

Giləzi - Xızı: Xızı rayonu ərazisində yağıntı olmayıb, 8-10 dərəcə şaxta müşahidə edilib. 

Bakı-Qobustan: Yağıntı olmayıb, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta olub. 

Qobustan -Şamaxı - Muğanlı: Yağıntı olmayıb, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta olub. Gecə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Muğanlı-Ağsu-Yevlax: Yağıntı olmayıb, Muğanlı ərazisində 4 dərəcə şaxta olub. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Muğanlı - İsmayıllı: Zəif qar yağıb, 8-9 dərəcə şaxta olub. İsmayıllı-Qəbələ-Oğuz- Şəki: Zəif qar yağıb, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 şaxta olub. Yolun Oğuz - Şəki hissəsində yağıntı olmayıb. 

Yevlax-Şəki-Qax-Zaqatala: Yağıntı olmayıb. 

Şəmkir-Gədəbəy: Marşrut boyu yağıntı olmayıb, 7-9 dərəcə şaxta olub. 

Gəncə-Daşkəsən: Marşrut boyu yağıntı olmayıb. 11 dərəcə şaxta olub. 

Ələt-Astara: Yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. 

Masallı-Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. 

Lənkəran-Lerik: Lerik rayonu ərazisində yağıntı olmayıb, 7-8 dərəcə şaxta olub, qum-duz səpilib. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax: Yağıntı və şaxta olmayıb.

Yevlax- Gəncə - Qazax: Yağıntı olmayıb, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta olub. Hacıqabul -Bəhramtəpə-Horadiz: Yağıntı və şaxta olmayıb.

Bütün yollarda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Bakı Metropoliteni" QSC tender keçirdi - 2 milyonluq kabel alır

“Bakı Metropoliteni” QSC də mümkün olan bütün tədbirləri görüb. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib. Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib. Yanvarın 9-da Bakı metropolitenindən 661 min 593 sərnişin istifadə edib.

Prezidentdən TƏBİB-lə bağlı mühüm fərman - 13.05.2022, Sputnik Azərbaycan

TƏBİB-dən verilən məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 46 müraciət daxil olub. TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, xəsarət alanlardan 45-i (27-i qadın, 18-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib: “Qeyd edək ki, müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olub”.

DYP-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ » AzadMedia.az

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələrin şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev isə bildirib ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq, yollarda qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb, 3 nəfər də həyatını itirib: “Biz bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər, nasaz nəqliyyat vasitələri ilə yola çıxmasınlar (xüsusən əyləc sistemi və şinlər), sürət həddini minimuma salsınlar və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər”.

Bəzi ərazilərdə isə internet problemi yaşanıb. Vətəndaşlar bu barədə sosial şəbəkələrdə paylaşım ediblər. Məlumatlara görə, internetlə bağlı problem bəzi bölgələrlə yanaşı, Sumqayıt şəhəri və Abşeronun bir hissəsində müşahidə edilib. “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-dən bildirilib ki, müvafiq olaraq sabit telefon və internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb: “Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 çağrı mərkəzlərinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq”. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı məlumatında bildirib ki,yanvarın 11-i səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR