İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz balıq ovlayanlara qarşı reydlər keçirilir

Qanunsuz balıq ovu ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Lənkəranda keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində keçirilən növbəti nəzarət tədirləri zamanı Xəzər dənizinin sahili boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

Vaxtaşırı olaraq təşkil edilən bu kimi nəzarət tədbirlərilə qanunsuz balıq ovu eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir. Təkcə 2022-ci ilin ötən dövrü ərzində Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla bağlı 13 cinayət və 16 inzibati fakt aşkarlanıb. Həmçinin 8 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR