İnsanlara hürriyət, millətlərə istiqlal!

Qan hərisləri yola gəlmir – Plan Paşinyanı devirmək, Azərbaycanla düşmənçiliyi davam etdirməkdir

Ermənistan müxalifəti kəsib-kirimədən Nikol Paşinyan hökumətinin Azərbaycanla “kapitulyasiya sazişi” imzalamağa çalışmasından danışır.

Onlar iki dövlət arasında 37 ildir davam edən müharibəyə son verəcək sülh sazişini belə adlandırırlar.

Əslində isə imzalanacaq sülh sazişi iki xalq arasında 120 il öncədən qanlı fazaya keçmiş, zaman-zaman gizli davam etmiş, 1988-ci ildən bəri isə açıq şəkil almış düşmənçiliyə son qoymalıdır.

Ermenistan'a Seyahat Eden Türkiye Vatandaşları İçin Öneriler ve Uygulamalar  - Hrant Dink Vakfı

Ancaq ermənilərin mühüm bir hissəsinin ovqatından aydın olur ki, Azərbaycan və Ermənistan arasında hər hansı sülh sazişi imzalansa da, bu, qalıcı olmayacaq, Paşinyan və onun kursunu davam etdirən siyasi xələfi hakimiyyətdən kənarlaşan kimi yeni iqtidar komandası bağlanmış sülh müqaviləsini “təslimçilik aktı” adlandıracaq, ona yenidən baxacaq və münaqişəni qaldığı yerdən sürdürəcək.

Ermənistan baş nazirin opponentləri elə indidən çox qızğın və ötkəm, ağır sözlü və radikaldırlar. Onlar Paşinyanın növbəti seçkilərdə uğur qazana bilməyəcəyinə və özlərinin qalib gələcəklərinə əmindirlər. Erməni müxaliflər seçkilərdən sonra Paşinyanın iqtidar komandası üzvlərinin Bakıya köçəcəyini iddia edirlər.

Onların iddiasına görə, Paşinyanın komandası bütövlükdə “Bakının adamları”ndan ibarətdir və vəzifələrini itirdikdə yeganə sığınacaqları yer Azərbaycandır.

Nikol Pashinyan | Biography, Armenia, Prime Minister, & Nagorno-Karabakh |  Britannica

Bu, əlbəttə ki, absurd iddiadır, belə şey heç vaxt ola bilməz və olmayacaq. Amma rəqibi gözdən salmaq, onun “erməniliyə xəyanət” etdiyini, “düşmənə işlədiyi”ni göstərmək üçün erməni müxalifətinin ağlına bundan sanballı antitəbliğat arqumenti gəlmir.

Müxalifətin Paşinyanın iqtidarının üzərinə yeni həmləsinin səbəbi Paşinyanın və Simonyanın açıqlamaları olub.

Baş nazir “Respublika günü” münasibətilə həmvətənlərinə müraciət edərək bildirib ki, ermənilərə onsuz da malik olduqları və beynəlxalq ictimaiyyət tərəfindən tanınan torpaqdan başqa vətən lazım deyil.

Millətçi ermənilər İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətlərin  normallaşmasına qarşı mitinq keçirdi – GADTB

İndi burada pis nə var ki? Paşinyan nə deməliydi? O deməliydi ki, Qarabağdan vaz keçməmişik, onu Azərbaycandan mütləq qoparacağıq, özünü buraxmış “atsax”ın sərhədlərini bərpa edəcəyik, Türkiyədən Vanı, Artvini, Karsı alacağıq, Gürcüstandan Cavaxetiyanı, Rusiyadan Krasnodarı tələb edəcəyik, ermənilərin kompakt yaşadığı başqa ölkə və şəhərlərdə onlara muxtar status yaradacağıq?

Millətçi ermənilərin eşitmək istədiyi sözlər bunlardır. Realist düşünən ermənilər isə anlayırlar ki, bu, absurd və utopik ideyalardır, ərazi iddiaları ilə üzləşən dövlətlər heç vaxt bu tələblərin qarşısında sakit durmazlar, həm də nəinki dünya ermənilərinin, heç onların qüdrətli havadarlarının da müasir zamanda bu planları reallaşdırmaq imkanları yoxdur.

Paşinyan aşağı-yuxarı gerçəklikləri dərk edib. Bu, 2020-ci ildə baş verən 44 günlük müharibədən və 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq lokal antiterror əməliyyatından sonra olub.

44 günlük müharibədə Ermənistanın itkiləri təxminən 6300 nəfər ...

Həmin vaxt Ermənistan dövlətinin bütün hərbi potensialı, döyüş qabiliyyəti üzə çıxdığından Paşinyan və onun komandası acı reallıqla barışıb və “böyük dövlət qurmaq” planlarının cüssələrinə uyğun olmadığı qənaətinə gəlib.

İndi bu komanda “ermənilərin öz sərhədləri daxilindəki dövlətlərini inkişaf etdirməsi lazımdır” deyərkən absurd iddialardan əl çəkməyin daha doğru olacağını xalqa başa salmaq istəyir.

Prinsipcə, erməni xalqının bir yarısı uzun sürən müharibənin iztirab və məşəqqətlərini yaşadığından yeni müharibənin olmasını, cəbhədən salamat qayıdan gənclərin yenidən hərbi əməliyyatlarda qırğına verilməsini istəmir.

Ancaq 44 günlük müharibədə heç bir əzizini itirməmiş müxalifətçilər bu fikirdə deyillər. Onların hakimiyyət əldə etməsi üçün ölkədə qeyri-sabitlik və xaos lazımdır. Xalqın balaları qırılacaqsa, qırılsın, bunlar Koçaryanın, Sarkisyanın oğulları, kürəkənləri, qohumları olmayacaq.

44 günlük müharibə: Rusiya niyə müdaxilə edə bilmədi? – Sirlər üzə ...

Ən pisi odur ki, erməni cəmiyyətindəki ovqat total təbliğatdan asılı olaraq dəyişməyə meyllidir. Sabah müxalifət hakimiyyəti götürsə və militarizm təbliğatına dəm versə, xalqın içindən minlərlə könüllü irəli çıxacaq, “müqəddəs torpaqlar uğrunda vuruşmağa, ölməyə hazır olduqları”nı bildirəcək.

Paşinyan həmvətənlərinə müraciətdə Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxın olduğunu, Türkiyə ilə əlaqələr qurduğunu, Rusiya, Çin, İran, Aİ və ABŞ ilə strateji tərəfdaşlıq əlaqələri inkişaf etdirdiyini xatırladıb.

Bu sadalananlar əslində Ermənistan müxalifətinin boğazını qurutmalı, dilini gödəltməliydi. Çünki erməni xalqına sülh və təhlükəsizlik, inkişaf və firavanlıq lazımdır. Müharibə isə qan-qada, dağıntı, faciə, itkilər, məğlubiyyət deməkdir.

Ermənistanda etiraz aksiyasında müxalifət öz namizədini irəli sürüb - BBC  News Azərbaycanca

Erməni müxaliflər bunu anlamaq istəmirlər ki, onların xalqa təklif etdiyi alternativ yol indiki şərtlərlə məhz növbəti məğlubiyyətə aparır.

Onlar “Azərbaycanla sülh müqaviləsi ermənilərə Bakıda yaşamağa və azərbaycanlılarla ticarət etməyə imkan verəcək, amma bunun üçün revanşist hisslərdən əl çəkmək lazımdır” deyən Simonyanı da söyürlər. Halbuki o da pis söz deməyib, ermənilər üçün perspektiv vəd edib.

Buna cavab olaraq Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın ətrafında toplaşan müxalifət Paşinyan hökumətini milli xəyanətdə ittiham edir.

Belə bir şəraitdə Qafqazda bu tezlikdə sülhün bərqərar olacağına inanmaq çətindir. Revanşistlər ya özlərindən, ya da növbəti dəfə bizdən ağır zərbə almalıdırlar ki, ağılları başlarına gəlsin.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR