İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalstanyandan Mirzoyana: “Fərari özünsən”

“Səngərləri kim və niyə tərk edib, başqa məsələdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyan Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın bəyanatı ilə bağlı deyib.

Xatırladaq ki, Ararat Mirzoyan təxribatçı keşişə qoşulan keçmiş diplomatları “fərari” adlandırıb.

“Bunlar Ermənistan Respublikasının suveren ərazisinə hərbi təcavüz baş verən o günlərdə öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir”, - deyə o, belə bir cümlə işlədib.

Qalstanyan BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin sentyabrında keçirilən iclasında baş verənləri xatırladıb.

“Ararat Mirozyan bir söz dedi və Azərbaycanın xarici işlər naziri bunu təkzib etdi. Daha heç nə deməyəcəyəm. Yalnız bunu xatırlasınlar. Mən digər uğursuzluqları demirəm. Ermənistan tarixində belə bir rəzil epizod olmayıb. BMT kimi mühüm platformada rədd edildik”, - deyə revanşist keşiş bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR