Onlayn ictimai-siyasi qəzet
Arxiyepiskop Baqrat Qalstanyan yürüşün sabahkı itaətsizlik hərəkətləri ilə bağlı razılaşmaq üçün Respublika meydanına qayıtdığını elan edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Deməli olduğumuzu çatdırdıq, heç bir gözləntimiz yoxdur, bizimlə görüşmək üçün bir yol tapacaq, yoxsa, görüşmək məcburiyyətində qalacaq”, - keşiş Paşinyana hədə-qorxu gəlib.
Etiraz hərəkatının lideri bundan öncə “Nikol Paşinyan, indi artıq müzakirə edəcəyimiz bir şey var”, deyərək ona görüş təklif edib.
“Meydanda dediyim kimi, bir vaxtlar özünüzü çox demokrat hesab edirdiniz. Sizi bir vaxtlar hakimiyyətə eyni adamlar gətirib.
Sadə bir söhbətə, bir mövzuda söhbətə gəldik - sizin dinc, sarsıntısız gedişiniz haqqında. Heç bir lazımsız hərəkət etmədən sadəcə uzaqlaşın. Onsuz da siz əvvəlkilərsiniz, biz isə indikilər. Mən sizi indikilərlə görüşə dəvət edirəm”, - deyə arxiyepiskop bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ