Onlayn ictimai-siyasi qəzet
“Etirazçılara “küçük” deyən polis rəisi kimdir?”
Musavat.com xəbər verir ki, bunu İrəvandakı Surb Anna kilsəsinin həyətində arxiyepiskop Baqrat Qalstanyan söyləyib.
“Polis rəisi belə bir şey deyə bilərmi? Qoy bu adamlar əllərinə güzgü götürüb fikirləşsinlər ki, bu titulları necə və kimin hesabına əldə ediblər?”, - deyə revanşist keşiş bildirib.
Qeyd edək ki, Ermənistan Polisinin rəhbəri Aram Ovannisyan jurnalistlərlə söhbətində bu sözləri işlədib:
“Polis qanun çərçivəsində hərəkət edir. Arxiyepiskop özünü normal aparsın, insanları normal davranmağa, qanunu pozmamağa çağırsın. Polis səkidə dayanan bir vətəndaşı belə aparmayıb. Yolu bağlayırlar, sonra ora qaçıb küçük kimi dayanırlar”.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ