Onlayn ictimai-siyasi qəzet
“Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da İrəvanın Baqramyan prospektində toplaşanlara bildirib ki, Ermənistan Milli Assambleyası Şurası müxalifətin növbədənkənar iclas çağırmaq tələbini rədd edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Baqrat deyib ki, bu, onlar üçün sürpriz olmayıb.
“Bundan sonra nə edəcəyimizi anlamaq üçün yəqin ki, siyasi qüvvələrimizin nümayəndələri ilə qısa görüş keçirəcəyik. Yəqin ki, ya deputatları (hökumətdən olanları) işləməyə qoymayacağıq, ya da onlara hərəkət etmək hüququ verməməliyik. Onlar heç işləmirlər, onları bu iş imitasiyasından məhrum etmək lazımdır”, - Qalstanyan təhdid edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ