İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalkinin qardaşı Rusiyada silah satırmış

Ukraynadakı müharibənin əleyhinə olduğu üçün Rusiyadan didərgin düşən, “xarici agent” siyahısında yer alan komediya aktyoru Maksim Qalkinin böyük qardaşı Dmitrinin evində axtarış aparılıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Qalkinin qardaşı sən demə, hərbi istehsal üzrə ixtisaslaşmış şirkət rəhbəridir. Əvvəlcə mətbuatda axtarışın dövlət müdafiə müqavilələri ilə saxtakarlıqla bağlı ola biləcəyi barədə məlumatlar yayılsa da, sonradan məlum olub ki, Müdafiə Nazirliyinin bununla heç bir əlaqəsi yoxdur.

Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindəki məlumata görə, Dmitri Qalkin Rusiya qoşunları üçün silah və sursat istehsal edən “Arms Workshops” MMC-nin təsisçisidir.

Moskva Arbitraj Məhkəməsinin mətbuat xidmətindən TASS-a bildirilib ki, qurum “Arms Workshops”a qarşı 2 milyonluq iddia icraata qəbul edilib, lakin məhkəmənin korrupsiya ilə əlaqsəsi yoxdur. 2017-ci ilə qədər Dmitri Qalkin "Hərbi Sənaye Şirkəti" MMC-nin baş direktoru vəzifəsində çalışıb. Şirkət Müdafiə Nazirliyi və digər strukturlar üçün yüngül təkərli zirehli maşınlar hazırlayıb. Əvvəllər Dmitri Qalkin hüquq-mühafizə orqanlarında xidmət edib. Daha sonra prodüserliyə başlayıb, lakin tezliklə şou-biznesdən tamamilə ayrılıb və biznesə keçib.

İyunun 13-də məlum olub ki, Dmitri Qalkinin evində əməliyyat tədbirləri onun Moskvanın Pervomayskoye qəsəbəsindəki qeydiyyatında İsrail vətəndaşlığının olduğunu gizlətməsi ilə bağlı həyata keçirilib. “Qalkin İsrail vətəndaşıdır. Lakin o, ikinci vətəndaşlığı barədə miqrasiya xidmətlərinə məlumat verməyib” deyə, hüquq-mühafizə orqanlarından TASS-a bildirilib. Agentliyin mənbəsinin verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır. 

scale_1200 (2).jpg (80 KB)

İstisna deyil ki, Dmitri Qalkinə qarşı xarici dövlətin vətəndaşlığı barədə məlumatı gizlətdiyi üçün cinayət işi açılsın. Onu 200 min rubla qədər cərimə və ya bir ilədək müddətə əmək haqqı və ya digər gəlir məbləğində və ya 400 saata qədər məcburi iş gözləyir. eleqram kanalları da təsdiqləyib ki, Dmitri Qalkinin evində aparılan axtarışlar Müdafiə Nazirliyindəki son həbslərlə bağlı deyil.

Musavat.com yada salır ki, Dmitrinin qardaşı Maksim Qalkin və həyat yoldaşı Alla Puqaçova 2022-ci ilin yazında Rusiyanı tərk edib. Onlar hazırda Kiprdə yaşayırlar. 2022-ci ilin sentyabrında Ədliyyə Nazirliyi Qalkini “xarici agentlər” siyahısına daxil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR