Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Nazirliyinin (MN) rəhbəri Yoav Qalant Livanın “Hizbullah” qruplaşmasının üzvlərinə məxsus olduğu iddia edilən peycerlərin partladılması əməliyyatından əvvəl Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
“Peyycerlər bütün Livanda partlamazdan bir neçə dəqiqə əvvəl Qalant ABŞ-ın müdafiə naziri Lloyd Ostinə zəng edərək, İsrailin Livanda tezliklə əməliyyat keçirəcəyini bildirib, lakin heç bir konkret təfərrüat verməyib”, - nəşr bildirib.
Bununla belə, Amerika rəsmiləri İsrail hərbi departamentinin rəhbərinin çağırışını “ciddi preventiv xəbərdarlıq” kimi dəyərləndirmədiklərini bildiriblər.
Sentyabrın 17-də məlum olub ki, Livanın bir sıra regionlarında, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində 8 adam ölüb, 2700 adam yaralanıb. Buna cavab olaraq Livan Xarici İşlər Nazirliyi İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına (TŞ) şikayət hazırlayacaq. “Hizbullah” həmçinin Təl-Əvivi “ədalətli cavab”la hədələyib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ