İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın pensiyaya görə anasını öldürdü, meyitini isə...

ABŞ-da anasının qalıqlarını manqalda yandırmağa cəhd edən qadın həbs edilib.

Musavat.com lent.az-a istinadən bildirir ki, cinayət 2023-cü ilin mayında baş verib. İstintaqın məlumatına görə, 46 yaşlı Kandase Kreyq 71 yaşlı anası Marqaretlə mübahisə edib. Təqaüdçü hesablarından pulların yoxa çıxdığını öyrənib. Banka zəng etdikdən sonra anlayıb ki, qızı sistemli şəkildə pensiyasını və əmanətini xərcləyir.

Bu səbəblə Kandase ilə anası arasında münaqişə başlayıb. O, Marqaretin ölümündən kiminsə xəbər tutmaması üçün meyiti birtəhər yoxa çıxarmağı düşünüb. Əks halda anasının pensiyasını ala bilməzdi.

Kandase cəsədi zəncirlə bölüb və sonra qalıqları ön həyətdəki manqalda yandırıb. Sonra o, qalıqları plastik torbalara qoyub zirzəmidə gizlədib. Ehtimal olunur ki, bu işi görməkdə qadına böyük qızı kömək edib. Marqaret qohumları ilə əlaqə saxlamağı dayandırandan sonra Kreyqlə bağlı şübhələr yaranıb.

Prokurorlar Kandase Kreyqi təqsirli bilib. Onu uzunmüddətli həbs cəzası gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR