İnsanlara hürriyət, millətlərə istiqlal!

 “Qadın Dəstək Xətti”nə  ilk yarım ildə 412 müraciət daxil olub  

Azercell-in təşəbbüsü ilə yaradılan xidmət böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım edir

 “Qadın Dəstək Xətti” 2024-cü ilin yanvar-iyun ayları üzrə hesabatını açıqlayıb. Xidmətə qeyd olunan dövrdə 412 müraciət daxil olub. Müraciətlər hüquqi yardım (163), boşanma (45), sosial-maddi rifah (39), məişət zorakılığı (34), sığınacaqla təmin olunma (21), əməyin istismarı (15), səhiyyə hüququnun təmin edilməsi (9), kiberbullinq (7) və digər mövzuları (79) əhatə edib.

“Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi və zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

“Qadın Dəstək Xətti”nə müraciət edənlər peşəkar işçi heyəti tərəfindən hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumatlandırılma, həmçinin ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstəklə təmin olunurlar. Eləcə də qadınlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönləndirilir, hüquqi məsləhət alırlar. Müraciətlər müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq çərçivəsində həllini tapır.

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım göstərmək istiqamətində fəaliyyət göstərir. Layihə “Ümidli Gələcək” İctimai Birliyinin komandası tərəfindən icra edilir.

24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “Ümidli Gələcək” İctimai Birliyinin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR