İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayen Avropa Parlamentində ardıcıl etimadsızlıq sınaqları ilə üzləşəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen yaxın günlərdə etimadsızlıq dalğaları ilə qarşılaşacaq.

Musavat.com xəbər verir ki, Politico nəşri Avropa Parlamentində oktyabrın 6-dan 9-dək keçiriləcək plenar sessiyada Ursula fon der Lyayenə qarşı iki etimadsızlıq səsverməsinin planlaşdırıldığını yazıb.

Məlumata görə, deputatlar onun son dövrdə apardığı siyasətdən narazıdır və bu səbəbdən müntəzəm şəkildə etimadsızlıq təşəbbüslərinin gündəmə gələcəyi istisna olunmur.

Ekspertlər hesab edirlər ki, Ursula fon der Lyayenin rəhbərliyi ilə bağlı yaranmış gərginlik Avropa İttifaqının siyasi gündəmində ciddi qarşıdurmaya səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR