Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts ölkə ərazisində son günlər müşahidə olunan çoxsaylı dron uçuşları ilə bağlı sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, O, Reuters-ə bildirib ki, Almaniya hökuməti bu uçuşların arxasında Rusiyanın dayandığını ehtimal edir:
“Bu həftəsonu Almaniya səmasında çox sayda dron müşahidə olunub. Biz hesab edirik ki, onların çoxunun arxasında Rusiya dayanır. Münhen hava limanında on minlərlə sərnişinin uçuşları təxirə salındı, bu, təsadüfi hadisə deyil.”
Merts qeyd edib ki, Avropanın hava məkanında bu miqyasda dron aktivliyi soyuq müharibə dövründən bəri görünməmiş hadisədir.
“Bu qədər intensiv uçuşları hətta Soyuq Müharibə illərində belə görməmişdik. Lakin bu dronların heç biri silahlanmamışdı — hamısı kəşfiyyat məqsədli idi,” – kansler vurğulayıb.
Münhen hava limanında ötən həftəsonu on mindən çox sərnişin yerdə qalıb, onlarla uçuş təxirə salınıb və hava məkanında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Ekspertlər hesab edirlər ki, bu hadisə Almaniyanın təhlükəsizlik sisteminə yönəlmiş yeni tipli hibrid təhdidin göstəricisidir.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ