İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın boşanmaq üzrə olduğu həyat yoldaşına hücum etdi - Qolunu dişləyib, boynunu bıçaqladı

Türkiyənin Adana şəhərində dəhşətli olay yaşanıb.

26 yaşlı Sabriye adlı qadın boşanma ərəfəsində olduğu həyat yoldaşı Mehmet A.-ya hücum edib.

Hadisə Seyhan bölgəsinin Kuruköprü məhəlləsində yaşanıb. Qadın uşağını qaçırdıb gizlətdiyini zənn edərək avtobus sürücüsü olan həhyat yoldaşına hücum edib. O əvvəl Mehmet A.-nı döyüb , daha sonra isə qolundan dişləyib. Ən sonda isə ona bıçaq çəkərək boynundan yaralayıb.

Bu zaman avtobusdakı sərnişinlər qadına müdaaxilə edib bıçağı əlindən almağa çalışıblar. Sözügedən kadrlar avtobusun təhlükəsizlik kameralaraı tərəfindən anbaan görüntülənib.

Davadan sonra Sabriye polisə, Mehmet A. isə yaxınlıqdakı xəstəxanaya aparılıb. Sabriye polis şöbəsində dindirildikdən sonra ona ev həbsi verilib.

Mehmet A. Sabriye ilə ayrıldığı üçün 2 yaşlı övladını qardaşına verdiyini bildirib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR