İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın alveri edən “Toppuş Günel”in cəzası 3500 manat oldu

Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gülnarə Məmmədovaya (şərti ad-soyadlı) hökm oxunub.

Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3500 manat pul cəriməsi cəzasına məhkum edilib.
Ətraflı

Bildirilib ki, "Toppuş Günel” ləqəbi ilə tanınan G.Məmmədovanın cinayət işi üzrə 3 zərərçəkmiş qadın var. O, həmcinslərini bir neçə il ərzində pul qazanma qarşılığında Bakıda və Abşeron rayonunda müxtəlif ünvanlarda fahişəliyə cəlb edib.

Zərərçəkmiş şəxslər məhkəmədə G.Məmmədovadan şikayətçi olmadıqlarını bildiriblər.//Qafqazinfo.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR