Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya ABŞ ilə uzunmüddətli nüvə qarşıdurmasına hazırdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin informasiya departamentinin xarici mətbuat şöbəsinin rəhbəri bildirib.
"KXDR ABŞ-nin Koreya yarımadasında getdikcə gərginləşən vəziyyəti ciddi şəkildə nəzarətdə saxlayacaq" , - diplomat qeyd edib.
O, ABŞ və Cənubi Koreyanın yaxınlarda Nüvə Planlaşdırılması Məsləhət Qrupu vasitəsilə simulyasiya təlimləri keçirdiyini xatırladıb:
"Bunun arxasında KXDR-ə qarşı hərbi müdaxiləni daha da inkişaf etdirmək cəhdi dayanır. Məhz ABŞ Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinin səbəbidir".
Diplomat ölkəsinin nüvə toqquşması təhlükəsinin artmasına səbəb olan və suveren dövlətə hücum etməyə cəhd edən "düşmən qüvvələr"in ehtiyatsız davranışından ciddi narahatlığını vurğulayıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ